Ədliyyə orqanlarında işləmək istəyənlərin imtahanı keçirilir

10-06-2017, 12:45
Oxunub: 298
İmtahan 3 saat davam edir və namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunur


Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirir.

APA-nın xəbərinə görə, sənədlərin qəbulu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılıb və 640 nəfərin namizədliyi qeydə alınıb.

İmtahan 3 saat davam edir və namizədlərə 100 sualdan ibarət sual kitabçası təqdim olunur:  80 sual namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini yoxlayır; 20 sual isə namizədlərin məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Namizədlərin balları hesablandıqda hüquq və qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0.5 balla qiymətləndirilir. Toplanması mümkün olan maksimal bal 90-a bərabərdir. Nəticələr hesablandıqda yanlış cavabların sayı düz cavabların nəticəsinə təsir göstərmir.

Test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti