Natiq Əliyevlə vida mərasimi keçirilir - YENİLƏNİB

10-06-2017, 12:03
Oxunub: 438
Vida mərasiminin ardından N. Əliyev bu gün Fəxri xiyabanda torpağa tapşırılacaq.


Energetika naziri Natiq Əliyevlə vida mərasimi keçirilir.

APA-nın məlumatına görə, Bakı Mədəniyyət Mərkəzində keçirilən vida mərasimi "Quran" oxunması ilə başlayıb.

Mərasimdə dövlət və hökumət üzvləri, ictimai-siyasi xadimlər, deputatlar, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasiminin ardından N. Əliyev Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problemlər yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

N. Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.

* * *

İstanbulda müalicə olunduğu klinikada vəfat edən energetika naziri Natiq Əliyevin cənazəsi bu gün səhər Bakıya gətirilib.


Cənazə vida mərasiminin keçiriləcəyi Bakı Mədəniyyət Mərkəzinə aparılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti