Türkiyədə son keçirilən referendum da onu göstərdi ki, Ərdoğan hakimiyyətinə qarşı münasibət birmənalı deyil. Doğrudur, referendumda "hə" deyənlər üstünlük təşkil etsə də, fərq yalnız 2 faiz oldu.
Demək olar ki, Azərbaycanda da ən çox müzakirə olunan ölkə Türkiyə, ən çox müzakirə olunan siyasi lider isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. Ölkəmizdə də Ərdoğanın lehinə və əlehinə olan insanlar var. Bəzi insanlar Əroğanın Türkiyədə tərəfdarı olmadığı fikrini, bəziləri isə bunun əksini müdafiə edir.
Etatist.com-un Türkiyədəki əməkdaşı bununla bağlı sorğu keçirib. Türkiyə vətəndaşlarının Ərdoğana qarşı münasibəti necədir? İstanbulda keçirilən sorğundan da görünür ki, Ərdoğana münasibət birmənalı deyil. Onun tərəfdarları da var, əleyhdarları da.