Azərbaycanda qədim yaşayış məskəni tapılıb

8-04-2013, 12:05
Oxunub: 993


 Azərbaycanda e.ə. I minilliyin əvvəllərinə aid yaşayış məskəni tapılıb.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyasının rəisi Nəsib Muxtarov bildirib.
 
Onun sözlərinə görə, qədim yaşayış yeri və nekropol Şəkinin Cüyürlü meşəsinin ərazisində ağac əkmək üçün yeri qazan zaman aşkar edilib: "Ərazidə aparılan ilkin arxeoloji araşdırmalar bu abidənin yaşının 3900-3800 il əvvələ, son tunc, ilk dəmir dövrünə aid olduğunu deməyə əsas verir. Qazıntılar zamanı çoxlu insan və heyvan skeletləri, mətbəx və süfrə qabları tapılır. Hələlik ərazinin mədəni qatı 70 sm təşkil edir. Qazıntılar təxminən 2 ay davam edəcək”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti