“Florence Nightingale” xəstəxanası: Natiq Əliyevin səhhəti qənaətbəxşdir

9-06-2017, 11:05
Oxunub: 287
Hazırda azərbaycanlı nazir reanimasiya şöbəsində ciddi nəzarət altındadır.


Azərbaycanın energetika naziri Natiq Əliyevin səhhəti qənaətbəxşdir.

Bu barədə "Report"un Türkiyə bürosuna nazirin yerləşdirildiyi İstanbulun “Florence Nightingale” xəstəxanasından bildirilib.

Səhiyyə müəssisəsindən bildirilib ki, N.Əliyev vəziyyəti sabitləşəndən sonra əməliyyata götürüləcək. Hazırda azərbaycanlı nazir reanimasiya şöbəsində ciddi nəzarət altındadır.

Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.

Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılıb. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsilumun nəticəsində N.Əliyevin müalicəsinin Türkiyədəki xəstəxanalardan birində davam etdirilməsinə qərar verilib. Nazir iyunun 4-dən 5-nə keçən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti