Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

8-06-2017, 16:46
Oxunub: 405
ECB həmçinin depozit faizlərini - 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.


Avropa Mərkəzi Bankının (ECB) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsini 0% səviyyəsində saxlanılmasına qərar verilib. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, ECB həmçinin depozit faizlərini - 0,4% səviyyəsində, marjinal borcvermə faizini isə 0,25% səviyyəsində təsdiqləyib.

ECB-dən verilən açıqlamada bildirilib ki, faizlər hələ bir müddət bu həddə qalacaq. Bununla yanaşı, bu dəfəki açıqlamada faizlərin lazım gələrsə bir qədər də azaldıla biləcəyi ilə bağlı fikir səsləndirilməyib. 

Bank həmçinin monetar ekspansiya ilə bağlı qərarını dəyişməyib və aylıq istiqraz alışə həcmini 60 mlrd. avro məbləğində saxlayıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti