ABŞ-ın Ukraynadakı səfirliyinin ərazisində partlayış törədilib

8-06-2017, 11:07
Oxunub: 256
Hadisə gecə saatlarına baş verib.


ABŞ-ın Ukraynadakı səfirliyinin ərazisində partlayış törədilib.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, hadisə paytaxt Kiyevin Şevçenko rayonunda baş verib.

Hüquq-mühafizə orqanları "terror aktı" maddəsi ilə cinayət işi açıb.

Məlumata görə, hadisə gecə saatlarına baş verib.

Naməlum şəxslərin diplomatik nümayəndəliyin ərazisinə partlayıcı qurğu atdığı bildirilir. Partlayış nəticəsində xəsarət alan olmayıb
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti