Əli Həsənov Yasamalda yanğının baş verdiyi əraziyə baş çəkib

7-06-2017, 16:04
Oxunub: 291
Yanğın söndürülüb.


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yasamalda yanğının baş verdiyi ərazidədir.

"Report" xəbər verir ki, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş verən yanğınla əlaqədar olaraq əraziyə gedən Ə.Həsənov məcburi köçkünlərlə görüşüb.

Hazırda hadisə yerində olan komitə sədri vəziyyətlə tanış olur.

Qeyd edək ki, Bakının Yasamal rayonu, Şərifzadə küçəsində məcburi köçkünlərin məskunlaşdığı yataqxanada güclü yanğın olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürənləri cəlb edilib, sakinlər binadan təxliyyə ediliblər.

Yanğın söndürülüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti