Əbülfəs Qarayev İsrail səfiri ilə görüşüb

7-06-2017, 15:50
Oxunub: 250
Görüşdə Azərbaycanla İsrail arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsrailin Azərbaycandakı səfiri Dan Stavı qəbul edib. 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla İsrail arasında mədəniyyət və turizm sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.

İyunun 7-də İsrail səfirliyinin təşkilatçılığı və nazirliyin dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin 25-ci ildönümünə həsr olunmuş tədbirin proqramı nəzərdən keçirilib.

Səfir Dan Stav İsrail tərəfinin hər il ölkəmizdə təşkil olunan Bakı Beynəlxalq Caz Festivalında daha aktiv iştirak etmək niyyətində olduğunu bildirib.

Nazir Əbülfəs Qarayev ölkəmizdə turizm imkanlarının genişləndirildiyini və müvafiq infrastrukturun yaradıldığını, həmçinin iki ölkə arasında birbaşa aviareyslərin mövcudluğunu nəzərə alaraq, Azərbaycanın İsraildən gələn turistlər üçün daha cəlbedici olacağına və bu istiqamətdə turist axınının artacağına inamını ifadə edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti