İlham Əliyev İsveç kralını təbrik edib

5-06-2017, 19:08
Oxunub: 484
"Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim sülh və rifah arzulayıram"


Azərbaycan prezidenti İlham Əliyev İsveç kralı XVI Karl Qustavı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Dövlət başçısının məktubunda deyilir:

“İsveç Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost İsveç xalqına daim sülh və rifah arzulayıram”.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti