Venesuelada referendum keçiriləcək

2-06-2017, 11:34
Oxunub: 380
Mövcud parlamentdə prezident Maduronun istefasını tələb edən müxalifət üstünlük təşkil edir.


Venesuela prezidenti Nikolas Maduro mövcud parlamenti əvəz edəcək Konstitusiya Assambleyası yaratmaq məqsədi ilə referendum keçirəcəyini bəyan edib.

BBC xəbər verir ki, Maduronun ideyası əsasında yaradılacaq yeni qanunverici orqan ölkə konstitusiyasında dəyişiklik etmək səlahiyyətinə malik olacaq.

Mövcud parlamentdə prezident Maduronun istefasını tələb edən müxalifət üstünlük təşkil edir.

Rəqibləri bildirir ki, o, hakimiyyəti əlində cəmləmək istəyir. Onlar buna görə də Maduronun islahatına qarşı çıxırlar.

Məlumata görə, aprelin 1-dən ölkə prezidentinin bu ideyasına qarşı etiraz aksiyaları keçirilir. İndiyədək aksiyaçılarla poli arasında baş verən toqquşmalar nəticəsində 60 nəfər ölüb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti