Trampın impiçmentini dəstəkləyənlərin sayı artır

1-06-2017, 19:47
Oxunub: 521
Amerikalılar arasında D.Trampa impiçment elan edilməsi fikrini dəstəkləyənlərin sayı 38%-dən 43%-dək artıb.


Getdikcə daha çox amerikalı ABŞ Prezidenti Donald Trampa impiçment elan edilməsi barədə qərarı dəstəkləyir.

"Report" xəbər verir ki, bu barədə "Politico-Morning Consult" şirkətinin keçirdiyi sorğuya istinadən "The Hill" qəzeti yazıb.

Amerikalılar arasında D.Trampa impiçment elan edilməsi fikrini dəstəkləyənlərin sayı 38%-dən 43%-dək artıb.

Qeyd edək ki, daha əvvəl aparılmış başqa bir sorğuda D.Trampdan razılıq göstəricisinin onun prezidentliyi dövründə ən aşağı həddə düşdüyü məlum olub. Belə ki, amerikalıların yalnız 38%-i D.Trampın ABŞ prezidenti kimi fəaliyyətini bəyənib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti