ADU-dakı etiraz aksiyasından eksklüziv VİDEOREPORTAJ

31-05-2017, 21:18
Oxunub: 1022
Aksiyada təxminən 200-300 tələbə iştirak edib


Bu gün Azərbaycan Dillər Universitetinin Elmi Şurası zamanı tələbələr unversitetin həyətində etiraz aksiyası keçirdi. Onlar dövlət imtahanlarının ləğv olunmasını tələb edirdilər. Aksiyada təxminən 200-300 tələbə iştirak edib.

Konfransda Elmi Şuranın üzvləri və təhsil nazirliyinin nümayəndəsi Yaqub Piriyev iştirak edib.

Şuranın açılışında rektor Əfqan Abdullayev bildirib ki, tələbələrin haqlı iradları nəzərə alınıb və onlara iki variant təklif olunub. Tələbələr həm test üsulu ilə imtahan verməyi, həm də hesabat işi yazmağı seçə bilərlər.

Qeyd edək ki, may ayının 30-da ADU tələbələri etiraz aksiyası keçirərək, dövlət imtahanın ləğv olunmasını tələb ediblər.

Baş verən hadisələrdən videoreportajı təqdim edirik:


Elvin Mahmudov
Etatist.com
Şərhlər : 1 Şərh yaz
Adil 3 iyun 2017 01:14  

Ümumiyyətlə Feminizmin təntənəsidir

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti