"Kitabıstan" ADA-da kitab sərgisi keçirdi - FOTO

31-05-2017, 18:43
Oxunub: 6173
Tələbələrə kitabların önəmi haqqında məlumat verilib


Bu gün ADA Universiteti Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi tərəfindən tərcümə edilmiş, “Kitabıstan” yayınlarının nəşr etdiyi kitabların sərgisi keçirilib.

Etatist.com-un xəbərinə görə sərgidə ADA tələbələrinə Qriqori Petrovun "Bəyaz zanbaqlar ölkəsində", Teodor Hertslın "Yəhudi dövləti", Dhirenda Mohan Dattanın "Qandinin liderlik fəlsəfəsi" kitabları təqdim olunub və tələbələrə bu kitabların önəmi haqqında məlumat verilib.

Sərgi ilə bağlı Etatist.com-a danışan Şəhriyar Məcidzadə bildirib ki, ADA tələbələrinin kitablara olan marağı onda xoş təəssurat yaradıb:

"Biz həmişə istəmişik ki, gənclərimiz tarixdə mövcud olan bütün maarifçi və mütərəqqi örnəkləri öyrənməsinə biz də öz töhfəmizi vermiş olaq. Alışdığımız standartlardan daha maraqlı kontingent gördük. Tələbələr və müəllimlər mühiti müsbət mənada çox fərqli idi. Düzünü deyim, gələcəyimizə dair inamımız daha da artdı. Sağlam gəncliyi, sağlam mühiti görmək bu inamı artırdı. Həm yaradılan mühitə həm də kitablarımızı tanıtmaq imkan və şəraiti yaratdığı üçün ADA Universitetinin rəhbərliyinə təşəkkürümü bildirirəm".

Qeyd edək ki, kitab sərgisi saat 11.00-15.00-da baş tutub.

"Kitabıstan" ADA-da kitab sərgisi keçirdi - FOTO

 

"Kitabıstan" ADA-da kitab sərgisi keçirdi - FOTO

Etatist.com

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti