Daha bir marşrut üzrə avtobuslarda gediş haqqı kartla ödəniləcək

30-05-2017, 18:51
Oxunub: 226
Avtobusların salonuna nəzarət etməyə imkan verən videomüşahidə sistemləri yenilənib.


Bakı Nəqliyyat Agentliyinin tələbinə uyğun olaraq, daha bir marşrut xətti üzrə avtobuslarda gediş haqqının nağdsız - vahid kart sistemi ilə ödənilməsi mümkün olacaq.

Agentlikdən Trend-ə verilən məlumata görə, 01.06.2017 tarixindən 135 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslardan istifadə edən sərnişinlər gediş haqqını nağd formada deyil, Bakı Kart sistemi ilə ödəyəcək. Tətbiq edilən yeniliklə bağlı əhalinin vaxtında məlumatlandırılması məqsədilə “Xaliq Faiqoğlu” MMC tərəfindən 135 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusların daxilində elanlar vurulub.

Vahid kart ödəniş sisteminə keçidlə əlaqədar, artıq 135 nömrəli marşrut xətti üzrə hərəkət edən 23 ədəd avtobusa validatorlar quraşdırılıb. Həmçinin avtobusların salonuna nəzarət etməyə imkan verən videomüşahidə sistemləri yenilənib.

Bununla yanaşı, sərnişinlərin Bakı Kart əldə etməsi, eləcə də kartın balansını artırmasını asanlaşdırmaq məqsədilə marşrut xətti boyunca 6 dayanacaq məntəqəsində MilliÖn terminalları quraşdırılır. Həmçinin dayanacağa Bakı Nəqliyyat Agentliyinin xüsusi məlumat lövhələri vurulur.

Xatırladaq ki, hazırda Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 17 müntəzəm 1 ekspress marşrut xətti üzrə 450-dən artıq avtobusda gediş haqqı vahid kart ödəniş sistemi ilə həyata keçirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti