Donald Trampın daha bir yüksək vəzifəli işçisi istefa verib

30-05-2017, 16:35
Oxunub: 307
M.Dabke istefa ərizəsini mayın 18-də yazıb.


Ağ evin kommunikasiya məsələləri üzrə direktoru Maykl Dabke istefa verib.

“Report” “Politico”ya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp onun istefasını qəbul edib.

M.Dabke istefa ərizəsini mayın 18-də yazıb.

Qeyd edək ki, o, bu posta 2017-ci ilin fevralında təyin olunub.

Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinn vəzifəyə təyin edildikdən 3 həftə sonra Rusiya ilə gizli danışıqlarla bağlı istefa verib. Milli təhlükəsizlik üzrə müşavirin müavini Ketlin Makfarlend isə bu vəzifədə cəmi 3 ay çalışdıqdan sonra postundan ayrılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti