Avropa Mərkəzi Bankı ekspansiyanı davam etdirəcək

29-05-2017, 18:08
Oxunub: 142
M.Dragi bir çox ikinci dərəcəli risklərin təmamilə yox olduğunu da əlavə edib.


Avrozonada iqtisadi artıma təsir edəcək risklər azalsa da, regionun hələ də ekspansiv şərtlərə ehtiyacı var.

Bu açıqlama ilə Avropa Mərkəzi Bankının (ECB) rəhbəri Mario Dragi Avropa Parlamentində çıxış edib. M.Dragi bir çox ikinci dərəcəli risklərin təmamilə yox olduğunu da əlavə edib.

"İnflyasiyanın ortamüddətli perspektivdə 2% səviyyəsinə yüksəlməsi və burada sabitləşməsi üçün fövqəladə monetar siyasətin davam etməsində hamımız həmfikirik. İnflyasiya təzyiqləri hələ zəifdir. Daxili bazarda qiymət artımının güclənməsi üçün dəstəkləyici maliyyələşmə şərtlərinə ehtiyacımız var. İqtisadiyyat tədricən və sağlam şəkildə bütün sektor və ölkələri əhatə edərək davam edir", - deyə ECB sədri bildirib.

"Report"un analitik qrupu bildirir ki, M.Draginin açıqlamaları avrozonada hələ bir müddət monetar ekspansiyanın davam edəcəyini, faizlərin isə minimal səviyyədə qalacağını göstərir. Bu səbəbdən avro dollarla müqayisədə ucuzlaşmağa başlayıb və hazırda 1,1175 USD/EUR səviyyəsində yer alır. Məzənnənin 1,11 USD/EUR səviyyəsinə qədər geriləməsi mümkündür. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti