Bayram günü baş verən yol qəzalarında 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb

29-05-2017, 13:09
Oxunub: 366
Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər tutulub.


28 May-Respublika günündə Azərbaycanın yollarında baş verən qəzalarda 5 nəfər ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, ötən gün ölkədə 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalarda 9 nəfər xəsarət alıb.

Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 16 nəfər tutulub. (Report)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti