Bərdə bələdiyyəsinin sədri yol qəzasına düşdü

26-05-2017, 14:33
Oxunub: 406
Faktla bağlı araşdırmalara başlanılıb.


Bərdə rayonunda sərxoş sürücü qəza törədib.

"Report"un məlumatına görə, hadisə şəhərin Koroğlu kücəsində qeydə alınıb.

Belə ki, rayon sakinləri Nurlan Çərkəzlinin idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Sadiq Vaqif oğlu Xəlilovun idarə etdiyi "Toyota - Prado" markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

"VAZ-2107"-nin sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olub.

Qeyd edək ki, "Toyota - Prado" markalı avtomobilin sürücüsü S.Xəlilov Bərdə Şəhər Bələdiyyəsinin sədridir.

Faktla bağlı araşdırmalara başlanılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti