Atəşkəs pozuldu

6-04-2013, 10:33
Oxunub: 1967


Etatist.com-un APA-ya istinadən verdiyi xəbərə görə, Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir. 

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

 

Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Goranboy rayonunun Gülüstan, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çaylı kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti