Everesti fəth etmək uğrunda ölənlərin sayı 10-a çatıb

25-05-2017, 19:48
Oxunub: 333
Cəsədlər "ölü zona" adlanan və oksigen səviyyəsinin son dərəcə az olduğu bir yerdə aşkar olunub.


Bu gün axtarış qrupu Everest dağında qurulan çadırlardan birində dörd nəfərin cəsədini aşkarlayıb.Bununla da mövsümün açılışından bəri Everestdə həyatını itirən insanların sayı on nəfərə çatıb.

Xilasedicilər bazar günü həyatını itirən Slovakiyadan olan alpinistin axtarışı zamanı, çadırla rastlaşıblar. Cəsədlər "ölü zona" adlanan və oksigen səviyyəsinin son dərəcə az olduğu bir yerdə aşkar olunub.

Yerli KİV-in məlumatına əsasən, çadırdakı cəsədlərin ikisi xarici alpinistə və ikisi isə bələdçilərə məxsusdur. Bu ilin əvvəlində Everestdə avstraliyalı Francesco Marchetti, hindistanlı Ravi Khumar, eləcə də zirvəni fəth edən planetin ən yaşlı adamı titulunu qazanmaq istəyən 85 yaşlı Min Bahadur Sherchan həyatlarını itiriblər.

Aprelin axırında Everestdə tanınmış isveçrəli alpinist Ueli Steck də ölüb. Bununla belə, Reuters xəbər agentliyinin məlumatlarına əsasən, mövsümün əvvəlindən Everestin zirvəsini cənub tərəfdən 382 və Tibet tərəfindən 120 alpinist uğurla fəth edib.

Ölüm hallarına görə rekord say 2015-ci ildə müşahidə olunub: 24 nəfər. Everestin zirvəsini fəth etməyə cəhd edən dörd min insandan indiyədək 200-ü həyatını itirib. (BBC)
Şərhlər : 1 Şərh yaz
Nərgiz 26 may 2017 10:26  

Спасатели Шерпы заметили тело индийского альпиниста Рави Кумара, но было невозможно вернуть тело, сказал Тупден Шерпа из Арунских Треков и Экспедиции. Оказалось, что Кумар упал на 200 метров (650 футов) ниже маршрута, сказал он.

Альпинисты из США, Словакии и Австралии также погибли на горе в минувшие выходные.

Кумар заболел спустившимся с вершины в субботу и не добрался до ближайшего лагеря, хотя сопровождающий его инструктор по непальской шерпе дошел до лагеря. Гид был болен, но ему удалось вытащить себя в лагерь в Саут-Колле, расположенный на высоте 8000 метров (26,247 фута).

Кумар и его проводник достиг вершины высотой 8 850 метров (29 035 футов) на около 1:30 вечера в субботу, которая считается поздней, и не многие альпинисты были вокруг, когда они возвращались обратно.

Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti