"Oskar" qalibi Azərbaycana gələcək

6-04-2013, 10:14
Oxunub: 826


Etatist.com-un ANSPress-ə istinadən verdiyi xəbərə görə, Ən yaxşı yardımçı aktrisa nominasiyasında "Oskar" və "Qızıl qlobus" mükafatlarının sahibi, BMT-nin İnsan Alverinə Qarşı mübarizə üzrə Xoşməramlı səfiri Mira Sorvino Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə keçiriləcək "Cənubi Qafqaz Forumu"nda iştirak etmək üçün Azərbaycana səfər edəcək. Bu barədə APA Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin icraçı direktoru Rövşən Muradova istinadən məlumat verir.

Cənubi Qafqaz Forumu o cümlədən İsgəndəriyyə Kitabxanası, YUNESKO-nun sabiq direktoru Federiko Mayor Zaragozanın rəhbərlik etdiyi Fundacion de Pas və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdırılır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti