Daha bir qadın alverçisi məhkəmə qarşısına çıxarılır

24-05-2017, 12:27
Oxunub: 264
Məhkəmə baxışı mayın 31-ə təyin edilib.


Bakı Ağır Cinayətlər Məhkəməsində Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Səkinə Zamanovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Samir Əliyev sədrlik edib. Təqsirləndirilən şəxsin və zərərçəkmişlərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı mayın 31-ə təyin edilib.

İttihama görə, S.Zamanova qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoymaqda təqsirləndirilir. O, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb, barəsində cinayət işi başlanıb. Cinayət işi üzrə 6 qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, S.Zamanova barəsində istintaq zamanı başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti