Mançesterdə ticarət mərkəzində partlayış səsi: İnsanlar təxliyyə edildi

23-05-2017, 15:15
Oxunub: 347
“Sky News” telekanalı polisin ticarət mərkəzində 1 nəfəri saxladığı barədə xəbər yayıb


İngiltərənin Mançester şəhərindəki ticarət mərkəzində partlayış səsi eşidilib, insanlar binadan təxliyyə olunub.

Hadisə şəhərin mərkəzində yerləşən “Arndale” ticarət mərkəzində baş verib. Şahidlər onlarla insanın binadan qaçdığını bildiriblər. “Sky News” telekanalı polisin ticarət mərkəzində 1 nəfəri saxladığı barədə xəbər yayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları ərazini mühasirəyə alıb, insanları tez bir zamanda ərazini tərk etməyə çağırıblar..

Qeyd edək ki, mayın 23-nə keçən gecə "Manchester Arena"da amerikalı müğənni Ariana Qrandenin konserti zamanı baş verən terror aktı nəticəsində 22 nəfər ölüb, 59 nəfər yaralanıb. Terrorçu əldəqayırma partlayıcı qurğunu işə salıb və hadisə yerində özü də ölüb. Olaya görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. (APA)
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti