Türkiyənin baş naziri Gürcüstana getdi
23-05-2017, 12:51
Oxunub: 335
Rəsmi qarşılanma mərasimindən sonra baş nazir Binəli Yıldırım gürcü həmkarı Georgi Kvirikaşvili ilə görüşüb.
Türkiyənin baş naziri Binəli Yıldırım mayın 23-də Gürcüstana rəsmi səfər gəlib.Rəsmi qarşılanma mərasimindən sonra baş nazir Binəli Yıldırım gürcü həmkarı Georgi Kvirikaşvili ilə görüşüb.
“Report” xəbər verir ki, görüşdə bir sıra məsələlər, o cümlədən regional təhlükəsizlik və birgə həyata keçirilən irimiqyaslı enerji, infrastruktur və nəqliyyat layihələrinin perspektivləri müzakirə olunub.
Türkiyə-Gürcüstan diplomatik münasibətlərinin 25-ci ildönümü ilə əlaqədar Tbilisidə Türkiyə-Gürcüstan Strateji Araşdırmalar Şurasının ikinci iclası keçiriləcək.