XİN: Mançesterdəki teraktda ölən və yaralananlar arasında azərbaycanlı yoxdur

23-05-2017, 13:58
Oxunub: 396
O bildirib ki, hər hansı xəbər olduğu təqdirdə, əlavə məlumat veriləcək.


"Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi bildirir ki, hazırda olan məlumata görə, Mançesterdəki partlayışda ölən və xəsarət alanlar arasında Azərbaycan Respublikası vətəndaşının olması qeydə alınmayıb".

Bunu jurnalistlərə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Amma H.Hacıyev onu da qeyd edib ki, məsələ ilə əlaqədar səfirlik Böyük Britaniyanın müvafiq qurumları ilə təmaslarını davam etdirir. Əlavə yeni xəbər olduğu təqdirdə, məlumat veriləcək.

* * *

“Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Mançester şəhərində baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmadığını yerli orqanlar vasitəsilə araşdırır”.


Bu sözləri açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, hər hansı xəbər olduğu təqdirdə, əlavə məlumat veriləcək. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti