İranın xarici işlər naziri: "Tramp Səudiyyə Ərəbistanından pul çəkmək istəyir"

22-05-2017, 14:00
Oxunub: 247
“Prezident seçkilərindən dərhal sonra Trampın demokratiya və əmin-amanlıq qalasından hücumuna məruz qaldıq"


"ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanından bütün pulları qopartmaq istəyir".

İRNA xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampın Səudiyyə Ərəbistanında rəsmi Tehrana qarşı səsləndirdiyi fikrə cavab olaraq deyib.

“Prezident seçkilərindən dərhal sonra Trampın demokratiya və əmin-amanlıq qalasından (Ər-Riyad-red.) hücumuna məruz qaldıq. Xarici siyasət və ya sadəcə Səudiyyə Ərəbistanında 480 milyardın çıxarılması?..”, - deyə Zərif öz Twitter səhifəsində yazıb.

Zərif, həmçinin öz paylaşımına Trampın Səudiyyə Ərəbistanı kralına ABŞ iqtisadiyyatına investisiya yatırmasına dair çıxışından da hissə atıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti