Azərbaycan Gürcüstanın əsas elektrik enerjisi təchizatçısıdır

19-05-2017, 17:12
Oxunub: 118
Rusiyadan isə 17,6 mln. kVt/saat həcmində elektrik enerjisi alıb.


Cari ilin aprel ayında Gürcüstan 146,5 mln. kVt/saat elektrik enerjisi idxal edib ki, bu da ötən ilin analoji ayı (23,9 mln. kVt/saat) ilə müqayisədə 6 dəfə çoxdur.

"APA-Economics" Gürcüstanın Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən ay Gürcüstan Azərbaycandan 88,23 mln. kVt/saat, Ermənistandan 40,46 kVt/saat, Rusiyadan isə 17,6 mln. kVt/saat həcmində elektrik enerjisi alıb.

İdxalın 52%-i baza elektrik enerjisinin, 48%-i isə yerli hidroelektrik stansiyalarının payına düşüb.

İdxalın kəskin artımının səbəblərindən biri qış mövsümünün sərt keçməsidir: "Qış mövsümündə qaz istehlakının artması enerji balansına da təsir edib". Bununla yanaşı, Gürcüstanın ən iri elektrik stansiya olan İnquri hidroelektrik enerjisi stansiyasının təmirə dayanması da idxalın həcmini kəskin artırıb. Bundan başqa, son dövrlər Zestafoni ferroərintilər zavodu istehsal gücünü kəskin artırıb ki, bu da elektrik enerjisinə tələbatın artmasına səbəb olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti