Ermənistan parlamenti sədrinin müavinləri də bəlli oldu

19-05-2017, 13:52
Oxunub: 37
Parlament sədrinin digər müavinləri hakim Respublika Partiyasının üzvləridir.


Mayın 19-da Ermənistan parlamentinə sədr müavinləri seçilib.

Novator.az-ın məlumatına görə, ölkənin tarixində ilk dəfə parlament sədrinin bir müavini müxalifəti təmsil edəcək. Sarukyan blokundan Mikael Melkumyan gizli səsvermədə 65 deputatın dəstəyini alıb.

Parlament sədrinin digər müavinləri hakim Respublika Partiyasının üzvləridir. 84 səs alan Eduard Şarmazanov üçüncü dəfə sədr müavini kürsüsünə oturub.

Digər müavin sabiq ədliyyə naziri Arpine Ovannisyandır. O, 73 səs alıb.

Bu il aprelin 2-də keçirilmiş parlament seçkisində Respublika Partiyası 105 nəfərlik Milli Məclisə 58 mandat qazanıb. Hökumətdə Respublika Partiyasının ortağı olan Daşnaksütun Partiyası 7 mandat götürüb. Sarukyan bloku 31, “Çıxış” bloku 9 mandat əldə edib.

Mayın 18-də fəaliyyətə başlayan yeni parlamentə həmin gün Respublika Partiyasından Ara Babloyan sədr seçilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti