Fövqəladə hallar naziri Beyləqanda vətəndaşları qəbul edəcək

19-05-2017, 11:09
Oxunub: 243
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.


Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 23-də saat 11:00-da Beyləqan şəhərindəki Gənclər Mərkəzinin binasında vətəndaşları qəbul edəcək.

Qəbulda yalnız Beyləqan, Ağcabədi, Füzuli, Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Gənclər Mərkəzinin binasında mayın 22-də, saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti