Avrasiya Birjaları Federasiyası baş ofisini İstanbuldan Yerevana köçürür

19-05-2017, 11:08
Oxunub: 74
Birja iştirakçılarının bəziləri Türkiyənin qurduğu federasiyanın baş ofisinin Ermənistana köçürülməsini uğursuz addım kimi dəyərləndirib.


Avrasiya Birjaları Federasiyası (Federation Euroasia Security, FEAS) baş ofisini İstanbuldan Ermənistanın paytaxtı Yerevana köçürür.

FEAS prezidentinin və Misirin birja sədri Məhəmməd Omranın federasiya üzvlərinə ünvanladığı məktubda mayın 16-sı Tehranda keçirilən növbədənkənar ümumi toplantıda təşkilatın baş ofisinin İstanbuldan Yerevana köçürülməsi ilə bağlı qərar qəbul edildiyi bildirilib.

Birja iştirakçılarının bəziləri Türkiyənin qurduğu federasiyanın baş ofisinin Ermənistana köçürülməsini uğursuz addım kimi dəyərləndirib.

Qeyd edək ki, FEAS 1195-ci ildə təsis edilib. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti