Helsinki Komissiyası: “Rusiya qonşularına birbaşa təcavüz edir”

18-05-2017, 19:18
Oxunub: 143
«Rusiya dövlətlər arasındakı Helsinki Yekun Aktının on rəhbər prinsipini pozur»


ABŞ Helsinki Komissiyası mayın 17-də Rusiyanın regionda aqressiv siyasəti ilə bağlı narahatlığını bildirib. Komissiya Rusiyanın sərhədlərinin hüdudlarından kənarda davranışını öyrənmək məqsədi ilə toplaşıb.

Komissiyanın sədri, senator Roger Vayker bildirib ki, Moskva öz qonşularına birbaşa aqressiya ilə yanaşı, adi silahlara nəzarət haqqında bir neçə sazişin effektiv fəaliyyətini, inam və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərini pozub.

«Rusiya dövlətlər arasındakı Helsinki Yekun Aktının on rəhbər prinsipini pozur», - senator Ben Kardin isə əlavə edib.

Komissiyanın həmsədri konqresmen Kristofer Smit isə belə deyib:«Moskva güc yolu ilə suveren əraziləri işğal edib, başqa ölkələrə qarşı taktiki nüvə silahını tətbiq edəcəyi ilə hədələyib. ABŞ-ın və onun müttəfiqlərinin hərbi obyektlərini izləyib, götürdüyü öhdəliklərə baxmayaraq, şəffaflıqdan imtina edib. Bu, yolverilməzdir».

Senator Marko Rubio da Rusiyanın hərəkətləri ilə bağlı narahatlığını bildirib. «Rusiya siyasəti ilə mübarizədə «Maqnitski qanunu» nə dərəcədə effektiv olub?», - senator Jean Şahen sual edib.

Onun dediyinə görə, Moskva postsovet məkanında təsir dairəsi axtarır, Avropa Birliyi və NATO-nu zəiflətmək istəyir. «ABŞ bu cür təxribatların qarşısında Şərqi Avropa və Baltikdən olan müttəfiqlərini müdafiə etməlidir», - o vurğulayıb.

Müzakirələrdə mövzu bir sıra yöndən təhlil edilib. «Maqnitski qanunu»na gəlincə, onu «genişləndirmək, diqqəti oliqarxların ailəsinə yönəltmək, onların ailə üzvlərini ABŞ kolleclərinə qəbul etməmək lazımdır», - vurğulayıblar.

Obama administrasiyası və ABŞ Konqresi 2012-ci ildə Maqnitski Aktını qəbul edib. Qanun insan haqlarının pozuntusunda suçlu sayılan rəsmilərə sanksiyalar tətbiq edilməsini özündə ehtiva edir. Bu qanun Rusiyada korrupsiyaya ilə mübarizə aparan vəkil Sergei Magnitsky-nin adıyla bağlıdır. O, rəsmiləri 230 milyon dollarlıq vergi fırıldağında ittiham edəndən sonra həbsə atılıb və 2009-cu ildə həbsdə vəfat edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti