Ermənistan ordusunun rəhbərliyində yeni təyinatlar

18-05-2017, 19:17
Oxunub: 138
Bununla bağlı prezident Serj Sarksiyan mayın 18-də fərman imzalayıb.


Mayın 18-də Ermənistan müdafiə nazirinin müavinləri vəzifəsinə təyinat olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Artak Zaxaryan nazirin birinci müavini, Artak Davtyan isə müavini təyin olunublar. Bununla bağlı prezident Serj Sarksiyan mayın 18-də fərman imzalayıb.

Qeyd edək ki, bundan əvvəlki tərkibdə Artak Davtyan parlamentin elm, təhsil, mədəniyyət, gənclər və idman məsələləri üzrə daimi komissiyasının, Artak Zakaryan isə xarici əlaqələr üzrə daimi komissiyanın sədri idi. Onların ordu rəhbərliyinə gətirilməsi barədə hakim Respublikaçılar Partiyası təşəbbüs irəli sürmüşdü. Bir müddət əvvəl partiyanın mətbuat katibi Eduard Şarmazanov “siyasi qərar verilib, siz onları müdafiə nazirinin müavinləri postunda görəcəksiniz”-deyə, açıqlama vermişdi. Hərbə aidiyyatı olmayan partiya üzvlərini ordu rəhbərliyinə gətirməklə S.Sarkisyan ya zabit kontingentinə etibar etmir, ya da ümumiyyətlə, layiqli kadr tapa bilmir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti