Azərbaycanda avtomobillərin qiyməti niyə qalxır?

18-05-2017, 15:12
Oxunub: 34
“2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə azalıb"


“Azərbaycanda avtomobil bazarında müşahidə edilən çöküş əvvəlki aylarda olduğu kimi davam edir”.

Bu haqda Modern.az-a məlumat verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, yaxın vaxtlarda bu sahədə hansısa irəliləyişin əldə olunacağı gözlənilmir:

“Dolların məzənnəsinin möhkəmlənməsi səbəbindən avtomobil bazarı üzrə qiymət artımı bahalaşmanın tərkib hissəsidir. Son 1 ildə xüsusilə ikinci əl avtomobillərin qiymətində əvvəlki illərlə müqayisədə artım müşahidə edilir. 2000-ci ilə qədər istehsal olunmuş avtomobillərdə 10-15 faiz, 2000-2009-ci illərdə istehsal olmuş avtomobillərdə 20 faizə qədər, 2009-2015-ci illərdə istehsal olunan avtomobillərdə isə qiymət artımları 20-30 faiz arasında dəyişir.

R.Osmanlı avtomobil bazarında müşahidə edilən mənfi tendensiyanı həm də  əhalinin alıcılıq qabailiyyətinin aşağı düşməsi ilə əlaqələndirib:

“2013-2014-cü illərdəki göstəricilərlə müqayisədə hazırda idxal 10 dəfə azalıb. 2015-ci ilin göstəricilərilə müqayisədə isə indiki idxal 5-6 dəfə aşağıdır. Həm idxalın azalması, həm dolların çox sürətlə manata nisbətdə möhkəmlənməsi avtomobil bazarına da öz təsirini göstərib. Bu səbəbdən də qiymətlər artıb. Həm də əvvəlki illərlə müqayisədə avtomobil alanların sayında da xeyli azalma müşahidə olunub. 2013-2014-cü illərdə Azərbaycana təxminən 100 min avtomobil idxal olunub və gətirilən avtomobillərin 80 faizini minik avtomobilləri təşkil edib. İndi isə bu rəqəm 10 min avtomobil ətrafında dəyişir. Bu o deməkdir ki, əvvəlki illərlə müqayisədə tələb 8-10 dəfə aşağı düşüb”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti