Bakıda Bavariya-Azərbaycan biznes-forumu keçiriləcək

18-05-2017, 15:01
Oxunub: 49
Forumun təşkilatçısı Alman Azərbaycan Xarici Ticarət Palatasıdır.


Mayın 31-i Bakıda Bavariya-Azərbaycan biznes-forumu keçiriləcək.

Forumun təşkilatçısı Alman Azərbaycan Xarici Ticarət Palatasıdır.

Bu barədə Palatanın saytında məlumat yayılıb.

Məlumatda bildirilir ki, tədbirə Bavariya əyalətlərinin rəsmiləri və bir sıra şirkətləri qatılacaqlar.

Forumda Almaniya və Azərbaycan müəssisələri arasında 11 sahə üzrə ikitərəfli görüşlərin keçiriləcəyi bildirilir. Bu görüşlər yeni biznes imkanları əldə etmək, yeni layihələri tanımaq məqsədi daşıyır ("Amerikanın səsi").
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti