Tramp jurnalistləri tutdurmaq istəyibmiş

18-05-2017, 14:31
Oxunub: 70
Tramp Komiyə məxfi informasiyaları dərc edən jurnalistləri həbs etməyi tapşırıb.


"The Guardian" qəzetinin ABŞ müxbiri və Mətbuat Azadlığı Fondunun icraçı direktoru Trevor Timm Donald Tramp haqda məqalə yazıb. 

Onun məqaləsində deyilir ki, Donald Trampın FTB-nin direktorunu istefaya göndərməsi xəbəri mətbuatda o qədər geniş müzakirə olunur ki, başqa bir "bomba xəbər" diqqətdən kənarda qalıb.

"New York Times" qəzetinin məqaləsinə görə, Tramp Komiyə məxfi informasiyaları dərc edən jurnalistləri həbs etməyi tapşırıb.

Washington Post dəfələrlə yazıb ki, Trampın Komini işdən azad etməsinə səbəb, onun administrasiyadan sızdırılan məlumatlarla daha aqressiv mübarizə aparmaqdan imtina etməsi olub.

Bu da xəbər verilir ki, deyilənlərə görə, Tramp hətta qeyri-məxfi informasiyaları dərc edənlərin də təqib olunmasını istəyib.

Timm yazır ki, hakimiyyətə gəldiyi gündən Tramp məlumat sızmalarından narahat olduğunu göstərib.

Bu da təsadüfi deyil, çünki Tramp-ın bir çox siyasətlərinin qarşısını məlumat sızmaları alıb.

O, Maykl Flinni özünün yalanını çıxartdığına görə işdən kənarlaşdırb. Tramp İrana qarşı siyasətini də qəzet yazılarına görə dəyişməli olub.

Müəllif qeyd edir ki, Trampın mətbuat azadlığının üstünə belə hücum çəkməsi çox təhlükəli tendensiyadır.

Jurnalistlər izlənmə və təqiblərə məruz qalanda bunun zərərini təhqiqat jurnalistikası çəkir.

"Lakin jurnalistlərin mühakimə olunmasına çağırış misli görünməmiş təşəbbüsdür və Amerika ictimaiyyəti bundan riqqətə gəlməlidir" - yazır Timm.

Timm yazır ki, xoşbəxtlikdən Amerikada jurnalistlərə qarşı istifadə olunacaq böhtan qanunları yoxdur, lakin Tramp yüz illik tarixi olan əcaib "Casusluq Haqqında Qanundan" istifadə edərək məxfi məlumatları yazan jurnalistlərin mühakiməsinə çalışa bilər.

Məqalədə deyilir ki, "Casus qanunu" açıq-aşkar qeyri-konstitusiya qanunudur və buna görə də Ədliyyə Nazirliyi bir qayda olaraq ondan mətbuata qarşı istifadə etmir. Bu qanunu çoxları oxumaylıblar. Lakin oxuyanlar dərhal başa düşərlər ki, jurnalistlər demək olar hər gün bu qanunu pozurlar. Bu qanun nəinki yazan qəzeti, hətta onu oxuyanı da cəzalandıra bilər.

Lakin ən qəribəsi budur ki, Tramp cənab Komini məlumat sızmaları ilə aqressiv mübarizə aparmadığına görə işdən qovub, amma onun bu hərəkəti məlumat sızmalarını sel daşqınlarına çevirib (BBC).
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti