Azərbaycan ilə Yaponiya arasında hərbi əlaqələr yaradılacaq

17-05-2017, 16:39
Oxunub: 93
Regional təhlükəsizlik və digər istiqamətlər üzrə tərəfdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Yaponiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Teruyuki Katori ilə görüşüb.

Etatist.com Müdafiə Nazirliyinə istinadən bildirir ki, Azərbaycanla Yaponiya arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın və qarşılıqlı etimadın güclənməsinə xidmət edən fəaliyyətləri xüsusi vurğulayan nazir diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb.

Ölkəmizdə fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Yaponiya münasibətlərinin inkişafı, xüsusilə hərbi sahədə əlaqələrin yaradılması üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə tərəflər bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik və digər istiqamətlər üzrə tərəfdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti