Azərbaycanlıların həbsi başladı

5-04-2013, 13:26
Oxunub: 3888


OMON bazara basqın edib 500-ə yaxın miqrantı saxladı.

Moskvada OMON və Federal Miqrasiya Xidmətinin əməkdaşları "Novie Çeremuşke” tərəvəz topdansatış bazasına hücum edərək 500-ə yaxın miqrantı saxlayıb.

Rusiya KİV-lərinin xəbərlərinə görə "Qeyri-leqal miqrant” reydi çərçivəsində keçirilən əməliyyat zamanı saxlanılan miqrantlar polis bölmələrinə aparılıb. Onlardan 93-nün Azərbaycan vətəndaşı olduğu xəbər verilir.

Məlumata görə, saxlanılanların Rusiya Federasiyasında olmasının qanuniliyi, həmçinin onların əvvəllər cinayət törədib-törətmədiyi araşdırılır.

Federal Miqrasiya Xidməti bildirir ki, saxlanılanlardan sənədləri qaydasında olmayanlar deportasiya olunacaq.

Bildirilir ki, aprelin 3-də də Moskvanın Mitino rayonunda reyd keçirilib və bu reyd zamanı 141 miqrant, o cümlədən azərbaycanlılar saxlanılıb. Onlardan 79 nəfəri sənədləri qaydasında olmadığı üçün inzibati məsuliyyətə cəlb olunub.

azadliq.az

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti