Tramp Ərdoğandan keşişin azad olunmasını xahiş etdi

17-05-2017, 12:32
Oxunub: 397
Onun barəsində 2016-cı ilin oktyabrından həbs qətimkan tədbiri seçilib.


ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşü zamanı FETÖ ilə əlaqədə ittiham olunan amerikalı keşiş Endryu Bransonun azadlığa buraxılmasını xahiş edib.

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

“Prezident Tramp keşiş Endryu Bransonun həbsi məsələsini qaldıraraq, Türkiyə hökumətindən onun tezliklə ABŞ-a göndərilməsini təmin etməyi xahiş edib”, - deyə məlumatda bildirilir.

Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra FETÖ ilə əlaqədə ittiham olunaraq həbs edilən şəxslər arasında amerikalı keşiş Endryu Branson da var. Onun barəsində 2016-cı ilin oktyabrından həbs qətimkan tədbiri seçilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti