Bu gün Fransanın yeni prezidentinin andiçmə mərasimi keçiriləcək

14-05-2017, 14:05
Oxunub: 418
"Bu gün Fransanın yeni seçilən prezidenti Emmanuel Makronun andiçmə mərasimi keçiriləcək."


Bu gün Fransanın yeni seçilən prezidenti Emmanuel Makronun andiçmə mərasimi keçiriləcək.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, inauqurasiya mərasimi ilə əlaqədar Parisdə fövqəladə təhlükəsizlik tədbirləri görülür.

Fransa paytaxtında 1,5 min polis və jandarma səfərbər edilib, hərbçilər patrul xidməti həyata keçirir. Avtomat silahlı polislər avtobuslarla Emmanuel və Bricit cütlüyünün yaşadığı  Kler küçəsini bağlayıb. Makron cütlüyü 2016-cı ildən bu küçədə binada yaşayır. Məhz buradan E. Makron zirehli avtomobilə Yelisey sarayına yollanacaq, yerli vaxtla saat 10.00-da (Bakı vaxtı ilə saat 12.00) çıxış edəcək. Həyat yoldaşı isə 10 dəqiqə sonra Yelisey sarayına təşrif buyuracaq. Hazırkı Fransa prezidenti Fransua Olland evli olmadığı üçün E. Makronu tək qarşılayacaq. 


Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti