Füzuli Məmmədov iki şəhid və iki qazi ailəsinə ev bağışladı - FOTO

12-05-2017, 19:03
Oxunub: 493
Bu haqda Natiq Mehdiyev özünün facebook səhfəsində də məlumat paylaşıb.


May ayının 10-da Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse prezidenti Füzuli Məmmədov Bakıda olarkən iki hərbçiyə ev bağışlayıb.

Xüsusi Təyinatlı Qoşunların üzvləri olan Natiq Mehtiyev Bakı şəhərində, Ülfət Həsənov isə Sumqayıt şəhərində evlə təmin olunublar.

Xatırladaq ki, hər iki hərbçi 2015-cı ildə xüsusi hərbi tapşırığı yerinə yetirərəkən böyük qəhrəmanlıq göstərərək, düşmənə ağır zərbə vurublar. Onlar həmin döyüş əməliyyatları zamanı müxtəlif dərəcəli xəsarət alıblar. Natiq Mehtiyev və Ülfət Həsənovun mənzil şəraitinin yaxşılaşdırılması üçün F.Məmmədov öz vəsaiti ilə onlara mənzil alıb bağışlayılb. Bu haqda Natiq Mehdiyev özünün facebook səhfəsində də məlumat paylaşıb.

"Dostlar, nəzərinizə çatdırım ki, ulu öndər Heydər Əliyevin doğum günündə mən və qazimiz Ülfət Həsənov Bakı şəhərində evlə təmin olunduq. Biz bu diqqət və qayğıya görə ilk öncə Ali Baş Komandanımız İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Bundan başqa mənzilləri bizə hədiyyə edən, Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəbəri, Avropa Azərbaycanlıları Konqresinin birinci vitse prezidenti Füzli Məmmədova hörmətimizi və minnətdarlığımızı bildiririk. Bu işdə daim bizim yanımızda olan Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasınln üzvü Səftər Rəhimliyə və AKF vitse prezidenti, iş adamı Arzuman Abdulkərimova minnətdarlığımızı bildiririk. Tanrı dövlətimizi qorusun!".

Xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənovun müaslicəyə ehtiyac var. Füzuli Məmmədov onların müalicə xərclərini öz üzərinə götürüb.

Təqdimetmə mərasimi Müdafiə Nazirliyində baş tutub. Hər biri 3 otaqlı olan tam təmirli evlər vacib əşyalarla da təmin olunub. Məlumatda o da bildirilir ki, ilin sonuna qədər 6 ailə evlə təmin ediləcək. Ümumlikdə isə 10 ailə evlə təmin olunacaq.

Qeyd edək Füzuli Məmmədovun iş adamı olaraq nəcib və xeyirxah addımları, digər iş adamlarımızı ümummilli maraqlar istiqamətində həvəsləndirə və onların xoşməramlı təşəbbüsə qoşulub dövlətimizin daha da güclənməsi istiqamətində fəallaşmasına səbəb ola bilər. Diaspor quruculuğu prosesində aktivliyi ilə seçilən Füzuli Məmmədov ümummilli lider Heydər Əliyevin dövlətçilik quruculuğu siyasətində danışıb: “Heydər Əliyev fenomenal şəxsiyyət idi. Qısa müddət ərzində ölkədə uğurlu dövlətçilik quruculuğu prosesini apararaq, yaranmış hərc-mərcliyə son qoydu. Bu siyasətin nəticəsi olaraq, stabil və dinamik və iqtisadi-siyasi cəhətdən güclənən, sürətlə inkişaf edən Azərbaycan dövləti yarandı. Xaricdə yaşayan soydaşlarımızla əməkdaşlıq və koordinasiya gücləndi. İlk dəfə olaraq 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bu gün Heydər Əliyevin siyasi kursunu cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab prezident 2016-cı ildə Dünya Azərbaycanlılarının IV Qurultayında etdiyi çıxışında xaricdə yaşayan soydaşlarımızı həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında fəal olmağa çağırdı. Biz də iş adamları kimi cənab prezidentin əftarında sıx birləşməli və ortaq hərəkət etməliyik”.

Xatırladaq ki, bu ilin fevral ayında Avropa Azərbaycanlıları Konqresinin (AAK) 5-ci qurultayında Fizuli Məmmədov bu nüfuzlu təşkilatın birinci vitse-prezidenti seçilib. (Teleqraf)

Füzuli Məmmədov iki şəhid və iki qazi ailəsinə ev bağışladı - FOTO

Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti