Beynəlxalq Muğam Mərkəzində “Muğam axşamları” layihəsi təqdim olunacaq

12-05-2017, 17:04
Oxunub: 328
"Ansamblın bədii rəhbəri Xanlar Cəfərovdur. "


Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Muğam axşamları” adlı yeni layihəyə həyata keçiriləcək.

Mərkəzdən APA-ya verilən məlumata görə, layihə çərçivəsində 16 maydan 30 iyunadək "Rast", "Şur", "Segah", "Cahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Hümayun" muğamları tanınmış xanəndələr tərəfindən ifa ediləcək. Layihənin ilk konserti “Rast” muğamının ifası ilə mayın 16-da olacaq. Konsertdə xanəndələr - əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artist Sevinc Sarıyeva, Naxçıvanın əməkdar artisti Ehtiram Hüseynov, muğam ifaçıları Mirələm Mirələmov, Aytən Məhərrəmova, Hüseyn Məlikov “Rast” ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa edəcəklər.

Ansamblın bədii rəhbəri Xanlar Cəfərovdur. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti