Donald Tramp ötən ilki prezident seçkisindəki saxtakarlığı araşdırmaq üçün komissiya yaradıb

12-05-2017, 11:03
Oxunub: 491
"D.Tramp dediklərini təsdiqləyən sübutlar təqdim etməyib. "


ABŞ prezidenti Donald Tramp ötən ilki prezident seçkisində baş verən qanun pozuntularının araşdırılması üçün komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.

“Report” “Amerikanın səsi” radiosuna istinadən xəbər verir ki, bunu Ağ evin mətbuat katibinin müavini Sara Sanders bildirib.

Onun sözlərinə görə, D.Tramp vitse-prezident Mayk Pensi komissiyanın sədri təyin edib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti bildirib ki, ötən ilki seçkidə milyonlarla insan qeyri-leqal səs verdiyindən səslərin ümumi sayında rəqibinə, keçmiş dövlət katibi Hillari Klintona məğlub olub. Bununla belə D.Tramp dediklərini təsdiqləyən sübutlar təqdim etməyib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti