Bakıda "Azərbaycan və Fransa baharının şəfəqi” adlı konsert veriləcək

10-05-2017, 19:38
Oxunub: 495
"Musiqi gecəsi mayın 11-də, saat 18.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında baş tutacaq."


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə “Azərbaycan və Fransa baharının şəfəqi” adlı konsert keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Milli İncəsənət Muzeyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, professor Leyla Məmmədəliyevanın rəhbərliyi ilə keçiriləcək konsertdə BMA-nın tələbələrinin ifasında Azərbaycan və fransız bəstəkarlarının klassik əsərləri səslənəcəkdir.

Musiqi gecəsi mayın 11-də, saat 18.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında baş tutacaq.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti