"7" oxuculara təqdim edildi - Şeirlər kitabı

8-05-2017, 12:10
Oxunub: 673
Kitabın təqdimatı yazıçının təhsil aldığı Goranboy rayon Səfikürd kənd orta məktəbində də keçirilib


Rəvan Cavidin ikinci kitabı "7" işıq üzü gördü. Kitabda gənc yazıçının şeirləri toplanıb. Kitabın təqdimatı 22 apreldə, "Akademkitab" kitab evində keçirildi. 

"7" şairin ikinci kitabı olsa da, publikaya təqdim olunan birinci kitabdır. İlk kitab "Bağışla" adlanırdı. Hər iki kitab şeirlər toplusudur. Rəvan Cavidin öz dediyinə görə "7" həm mövzu, həm yazı texnikası ilə ilk kitabından çox fərqlənir:

"Kitabda məişət, siyasi, sevgi və digər mövzulara toxunulub. Şeirlər həm heca, həm də sərbəst vəzndədir.

Təqdimat günündə ədəbi mühitdən də iştirak edən şəxlər var idi".

"7" oxuculara təqdim edildi - Şeirlər kitabı

Bundan başqa kitabın təqdimatı yazıçının təhsil aldığı Goranboy rayon Səfikürd kənd orta məktəbində, həmçinin Azərbaycan Memarlıq və İnşaat Universitetində də keçirilib.


İlkay Əliyeva
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti