Neftin qiyməti 47 dollardan aşağı düşüb

5-05-2017, 11:00
Oxunub: 245
2016-ci ilin avqust ayında isə Brentin qiyməti 45,9 dollaradək enib.


Cümə günü səhərdən neftin qiyməti bir barelə görə 47 dollar səviyyəsindən aşağı düşüb.

İCE birjasının məlumatına əsasən, cümə axşamından cümə gününə keçən gecə Brent Markalı neftin ixrac qiyməti 46,9 dollar olub.

Bu, noyabrda neftin qiymətinin 47 dollardan aşağı olmasından sonra ilk hadisədir.

2016-ci ilin avqust ayında isə Brentin qiyməti 45,9 dollaradək enib.

Neftin qiyməti aprelin əvvəlindən aşağı düşməyə başlayıb. 11 apreldə neftin bir bareli 56,6 dollara başa gəlirdi. Bu andan etibarən neft 17 faizdən çox ucuzlaşıb.

Mayın sonunda OPEC-ə daxil olan ölkələrin görüşü keçirilməlidir.

Ötən ilin noyabr ayında OPEC ölkələri bazarda qiymətlər dəstək üçün hasilatı azaltmaq barədə razılığa gəliblər. Azərbaycan da bu müqaviləyə qoşulub. Bu, son aylarda neftin qiymətinin artmasına səbəb olub (BBC).
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti