Azərbaycan hərbi məhsullarını Türkiyədə nümayiş etdirəcək

4-05-2017, 13:43
Oxunub: 376
Sərgidə dünyanın 50 ölkəsindən 300-dək şirkətin iştirakı gözlənilir


Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdiriləcək.

Nazirlikdən virtualaz.org-a verilən məlumata görə, bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Türkiyədə səfərdə olacaq.

Dörd gün davam edəcək sərgidə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.

Sərgidə dünyanın 50 ölkəsindən 300-dək şirkətin iştirakı gözlənilir.

Səfər çərçivəsində Yavər Camalovun Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti