Odessaya 83 min ton Azərbaycan nefti çatdırılıb

4-05-2017, 13:31
Oxunub: 389
Tanker xam neft təchizatını Gürcüstanın Supsa limanından (Qara dəniz) həyata keçirib


Mayın 1-də 83,1 min ton həcmində Azərbaycan nefti ilə yüklənmiş Yunanıstanın “Nissos Santorini” tankeri Odessa (Qara dəniz, Ukrayna) limanına yan alıb.

Report “OilNews” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Dəniz Limanları Administrasiyasından məlumat verilib.

Məlumata görə, tanker xam neft təchizatını Gürcüstanın Supsa limanından (Qara dəniz) həyata keçirib.

Xam neftin boşaldılması ötən gün axşam saatlarında baş çatdırılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti