"Qandinin liderlik fəlsəfəsi" kitabının təqdimatından VİDEO-SUJET

4-05-2017, 12:27
Oxunub: 4668
Kitabın ikinci hissəsi isə Mahatma Qandinin müxtəlif qəzetlərdə və kitablarında yazdığı məqalələrdən ibarətdir


Aprelin 29-da Milli Fikir Mərkəzinin ofisində Milli Fikir Mərkəzinin Tərcümə Şöbəsi tərəfindən tərcümə edilmiş, “Kitabıstan” yayınlarının sayca üçüncü nəşri olan məşhur filosof Dhirenda Mohan Dattanın "Qandinin liderlik fəlsəfəsi" kitabının təqdimatı keçirilib.

Kitabda Hindistanın ruhani və siyasi lideri olan Mahatma Qandinin həyat fəlsəfəsi və yaradıcılığı, yazdığı kitablar, Hindistanın azadlığı üçün başlatdığı hərəkatın mənəvi tərəfinin əhəmiyyəti və liderlik xüsusiyyətləri barədə məlumatlar yer alır.

Kitabın ikinci hissəsi isə Mahatma Qandinin müxtəlif qəzetlərdə və kitablarında yazdığı məqalələrdən ibarətdir.



Etatist.com-un xəbərinə görə, təqdimatda Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə, "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, MFM tərcümə şöbəsinin rəhbəri Səid Riad, Milliyətçi Gənclər Hərəkatının idarə heyətinin üzvü Müşfiq Vəliyev çıxış edib. 

Qeyd edək ki, "Kitabıstan" yayınları tərəfindən nəşr olunan "Qandinin liderlik fəlsəfəsi" Etatizm Akademiyası seriyasında üçüncü kitabdır. Kitab aprel ayının 29-dan satışa çıxarılıb. Qiymət 6 manatdır. Kitabı əldə etmək istəyənlər 070 537 21 84 nömrəsi ilə əlaqə saxlaya bilər.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti