Azərbaycan-Türkiyə birgə təlimlərində onlarla tank və döyüş helikopterləri iştirak edir

2-05-2017, 13:43
Oxunub: 411
Mayın 1-də başlayan təlimlər mayın 5-dək davam edəcək.


Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərində 1000 nəfərədək şəxsi heyət iştirak edir.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri təlimlərin keçirildiyi yerdən məlumat verir.

Bundan başqa, təlimlərdə 80-dək hərbi texnika, 60-dan çox artilleriya qurğuları və minaatanlar, Azərbaycan Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş (Mi-35) və nəqliyyat (Mi-17) helikopterləri, eləcə də zenit-raket kompleksləri iştirak edir.

Mayın 1-də başlayan təlimlər mayın 5-dək davam edəcək.

Təlimlərin məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti